"Bu kubok mənim üçün çox böyük əhəmiyyət daşıyır" "Bu kubok mənim üçün çox böyük əhəmiyyət daşıyır"
  • Fanat
  • 3 Aprel 2019 17:31
  •  1 572

Federer 101-ci çempionluğunu qazandı

"Bu kubok mənim üçün çox böyük əhəmiyyət daşıyır"

İsveçrəli tenisçi Mayami Açıq Masters tennis turnirində Con İsnerə 1 saat 4 dəqiqə davam edən oyunu 6-1 və 6-4-lük setlərlə 2-0 qalib gələrək yeni uğura imza atıb.

Mayami Açıq turnirində 4-cü dəfə qalib olan Federer “burda ilk oyunuma 1999-cu ildə çıxmışdım, 20 il sonra yenə burdayam. Bu kubok mənim üçün çox böyük əhəmiyyət daşıyır” deyib.

Federer bu nəticə ilə ATP turnirlərində kariyerasındakı 101-ci çempionluğunu əldə etmiş olub.

Təcrübəli tennisçi 109 çempionluqla liderliyi özündə saxlayan Cimmi Konora bir az da yaxınlaşıb və 100 həddini keçən ikinci tennisçi olub.(modern.az)

AzNews.az