"Vişvanatan Ananda uduzmamalıydım" "Vişvanatan Ananda uduzmamalıydım"
  • Fanat
  • 4 Aprel 2019 20:51
  •  1 597

Şəhriyar Məmmədyarov: "Oyundan razıyam, nəticədən yox"

"Vişvanatan Ananda uduzmamalıydım"

"Oyundan razı qaldım. Prinsipial pozisiya izlədik. Gedişləri saymaq və diqqətli olmaq vacib idi. Rəqib çox dəqiq oynadı. Buna görə qələbə üçün oynamaq mümkünsüz oldu".

Bu fikirləri "ShamkirChess2019"un V turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

34 yaşlı qrossmeyster bildirib ki, görüşdə üstünlük görünmürdü və heç bir perspektiv olmayacaqdı: "Ümumilikdə, Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda uduzmamalıydım. David Navara ilə görüşdə üstünlüyü qoruya bilmədim. Ümid edirəm istirahət günündən sonra nəticələr daha yaxşı olacaq".

Dünya çempionu Maqnus Karlsen nəticədən razı qalmadığını etiraf edib. Onun sözlərinə görə, partiya istədiyi kimi bitməyib: "Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Şəmkirdə ardıcıl qələbələrdən sonra liderliyə yüksəldim. Bununla belə, stabil oynamıram. Səhvlər üzərində işləmək lazımdır".

Qeyd edək ki, sabah "ShamkirChess2019" turnirində istirahət günüdür. Karlsen hazırda 3,5 xalla birinci, Məmmədyarovun isə 2 xalla 7-8-ci yerləri bölüşdürür. (report)

AzNews.az