Roberto Mançini ölkəsinin ən yaxşı baş məşqçisi seçilib. Roberto Mançini ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.
  • Fanat
  • 5 Aprel 2019 14:44
  •  1 175

Roberto Mançini İtaliyada ilin ən yaxşı baş məşqçisi seçildi

Roberto Mançini ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.

Futbol üzrə İtaliya millisinin çalışdırıcısı Roberto Mançini 2018-ci ildə ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.

İtaliya Futbol Federasiyası xəbər verir ki, 54 yaşlı mütəxəssis ilin ən yaxşı baş məşqçisinə təqdim edilən “Enzo Bearzot” mükafatına layiq görülüb. Roberto Mançinidən başqa, bu mükafata “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini və “Milan”ın çalışdırıcısı Cennaro Qattuzo da namizəd olublar.

Qeyd edək ki, 2001-ci ildə “Fiorentina” komandasında baş məşqçi karyerasına başlayan R.Mançini sonradan “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” klublarını çalışdırıb.(AZƏRTAC)

AzNews.az