Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində VI turun görüşləri keçirilib Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində VI turun görüşləri keçirilib
  • Fanat
  • 6 Aprel 2019 21:09
  •  2 158

Məmmədyarov uduzub, Rəcəbov heç-heçə edib - "ShamkirChess 2019"

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində VI turun görüşləri keçirilib

"Report" xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar. Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub. Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub. "ShamkirChess 2019" VI tur 6 aprel Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5 Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 1:0 Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5 Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 0,5:0,5 Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0 Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 - 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər. Aznews.az