Ağahüseyn Mustafayev vaxtından əvvəl qələbə qazanıb. Ağahüseyn Mustafayev vaxtından əvvəl qələbə qazanıb.
  • Fanat
  • 8 Aprel 2019 14:40
  •  1 336

İki güləşçimiz Avropa çempionatında erməniləri məğlub etdi - Yenilənib

Ağahüseyn Mustafayev vaxtından əvvəl qələbə qazanıb.

Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.

Mustafayev yarımfinalda Çaba Vida (Macarıstan) - Nikolae Kojokaru (Böyük Britaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq 1/4 finalda rusiyalı Naçın Kuulara rəqib olub.

***
13:57

Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm etmək istəməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəyə qoşulub. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq.

Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.(report.az)

AzNews.az