Turun digər oyunları aprelin 24-25-də keçiriləcək Turun digər oyunları aprelin 24-25-də keçiriləcək
  • Fanat
  • 24 Aprel 2019 09:41
  •  1 974

“Barselona” səfərdə qalib gəldi - VİDEO

Turun digər oyunları aprelin 24-25-də keçiriləcək

İspaniya La Liqasında XXXIV tura start verilib.

Turun ilk günündə 3 qarşılaşma keçirilib.

Tur autsayderlər qrupunda yer alan komandalar üçün uğurlu başlayıb. “Ueska” “Eybar” üzərində qələbə ilə sonuncu pilləni tərk edib.

“Valyadolid” isə təhlükəli zonada qərarlaşan digər komanda “Jirona”nı çətinliklə məğlub edib. Çempionluğu çoxlarında şübhə doğurmayan “Barselona” isə “Alaves”in qonağı olub. Meydan sahiblərinin müqavimətini ikinci hissədə qıran kataloniyalılar qızıl medallara doğru daha bir addım atıblar.

Qeyd edək ki, turun digər oyunları aprelin 24-25-də keçiriləcək. (ONA)

İspaniya La Liqası
XXXIV tur
23 aprel
“Ueska” – “Eybar” – 2:0

Qalyeqo, 54, Avila, 57
“Valyadolid” – “Jirona” – 1:0
Errero, 67
“Alaves” – “Barselona” – 0:2
Alena, 54, Suares, 60 (pen.)