Ermənistan Rusiya hərbi bazasını ölkədən çıxarmağı planlaşdırmır - Paşinyan

Ermənistanın Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı planları yoxdur.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada diplomatik nümayəndələr və analitiklərlə görüşündə bildirib.

“Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var, iqtisadi və siyasi əlaqələrimiz möhkəmdir”, - Baş nazir qeyd edib.