- Paytaxt
- 11:30
- 1 970
WUF13 QHT Forumu keçiriləcək Aygün Əliyeva
Mayın 19-da QHT Agentliyinin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək.
Aznews.az xəbər verir ki, bu sözləri QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva deyib.
O bildirib ki, foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir: "Bu qlobal tədbir yerli və xarici QHT-lər üçün WUF13 irsinin formalaşmasına töhfə verəcək".
Aygün Əliyeva əlavə edib ki, mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsi gözlənilir. Onun sözlərinə görə, hər iki beynəlxalq tədbirdə QHT Agentliyi tərəfdaş qismində çıxış edəcək.
Aznews.az