- Hadisə
- 12:12
- 1 864
Overçuk: Azərbaycanla münasibətlərimizin möhkəmliyinə heç kimin şübhəsi olmamalıdır
Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığı arzuolunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Dünən Şahin Abdullayeviçlə söhbət zamanı qeyd etdik ki, təxminən bir il yarım əvvəl baş vermiş faciəli hadisələr əlaqələrimizi zəiflədib. Bu gün itirilmiş tempi bərpa etmək və ticari-iqtisadi əməkdaşlığı arzuolunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir. Bu isə ilk növbədə işgüzar dairələrin nümayəndələrinin vəzifəsidir”, - Overçuk bildirib.
O, münasibətləri inkişaf etdirməyin əhəmiyyətindən danışıb: “Biz sıx əlaqələri qoruyub saxladıq və hamını buna istiqamətləndirdik ki, münasibətləri inkişaf etdirmək lazımdır. Rusiya və Azərbaycan ən yaxın qonşulardır. Münasibətlərimizin möhkəmliyinə heç kimin şübhəsi olmamalıdır. Hətta kədərli hadisələr də keçmişdə qalır və hər iki ölkənin layiq olduğu inkişaf üçün yeni imkanlar açır”.