"Barselona"nın sabiq prezidenti bəraət aldı

Məhkəmə ittihamın təsdiqlənməsi üçün təqdim olunan faktların yetərli olmadığı qənaətinə gəlib.

İspaniyanın "Barselona" klubunun keçmiş prezidenti Sandro Rosell bəraət alıb.

Məhkəmə ona ittiham olunduğu çirkli pulların yuyulması işi üzrə bəraət verib.

Məhkəmə ittihamın təsdiqlənməsi üçün təqdim olunan faktların yetərli olmadığı qənaətinə gəlib.

S. Rosellə yanaşı, bu iş üzrə adı keçən daha beş nəfər günahsız sayılıb.

Qeyd edək ki, S. Rosell 2017-ci ilin may ayından ev dustaqlığı cəzasına məhkum edilib. Prokurorluq ona çirkli pulların yuyulması ittihamı üzrə 11 il həbs cəzası istəyib.

S. Rosell 2010-2014-cü illərdə Kataloniya klubunun prezidenti olub. (ona.az)

AzNews.az