Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324). Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324).
  • Fanat
  • 26 Aprel 2019 19:01
  •  1 958

“Ferrari”nin pilotu ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərdi

Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324).

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1:42.872. Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324). “Mercedes”in sürücüsü Lüis Hemilton isə üçüncüdür (+0,669).

Qeyd edək ki, aprelin 27-də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Yarış isə bazar günü olacaq.

AzNews.az