AFFA “Qarabağ”ı cərimələdi

“Qarabağ”a 800 manat cərimə kəsilib

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, “Səbail” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində qonaqların futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Sumqayıt” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq klub 800 manat ziyana düşüb.

“Neftçi” – “Qarabağ” görüşündə Ağdam təmsilçisinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 800 manat cərimə kəsilib.(report.az)

AzNews.az