• Fanat
  • 3 İyul 2019 15:09
  •  516

Məşhur futbolçu sürücülük hüququndan məhrum edildi

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

"O Globo" xəbər verir ki, buna 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki istifadə etməsi ilə bağlı testdən imtina etməsidir.

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən "Real Madrid"in formasını geyinir.(report.az)

AzNews.az