• Fanat
  • 22 İyul 2019 00:09
  •  372

“Qəbələ” və “Neftçi” püşkü gözləyir

Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin əsas yolunun püşkü atılacaq.

İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mərasimə 39 cüt və 13 klub qatılacaq. Cütlərdən 37-si Avropa Liqasi, 2-si Çempionlar Liqasını təmsil edir. Sonuncu cütlərdə uduzanlar, Avropa Liqasında isə qalib gələnlər mübarizəni burada davam etdirəcəklər.

Azərbaycan kubokunun qalibi “Qəbələ”nin Tbilisi “Dinamo”su, vitse-çempion “Neftçi”nin Tula “Arsenal”ı ilə cütünün də rəqibi müəyyənləşəcək. Bakılılar 6-cı qrupun səpələnməmişlərindən biri ilə üz-üzə gələ bilər. Qəbələnin eyniadlı təmsilçisini isə 1-ci qrupun səpələnmişləri gözləyir.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də, III təsnifat mərhələsinin matçları isə avqustun 8-də və 15-də baş tutacaq. (APA)

Avropa Liqası
III təsnifat mərhələsi
Əsas yol

1-ci qrup
Səpələnmişlər

“Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan) cütünün qalibi
“Feyenoord” (Hollandiya)
“Apollon” (Kipr) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütünün qalibi
“Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu
Səpələnməmişlər
“Austriya” (Vyana, Avstriya)
“Norçepinq” (İsveç) – “Liepaya” (Latviya) cütünün qalibi
“Qəbələ” (Azərbaycan) - "Dinamo" (Gürcüstan) cütünün qalibi
“Şaxtyor” (Belarus) - “Esbyerq” (Danimarka) cütünün qalibi
“Antverpen” (Belçika)

2-ci qrup
Səpələnmişlər

“Braqa” (Portuqaliya)
"Alaşkert" (Ermənistan) - "Styaua" (Rumıniya) cütünün qalibi
“Spartak” (Moskva, Rusiya)
“Mölde” (Norveç) - "Çukariçki" (Serbiya) cütünün qalibi
“Strasburq” (Fransa) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi
Səpələnməmişlər
“Tyun” (İsveçrə)
“Lexiya” (Qdansk, Polşa) - "Brondbü" (Danimarka) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) - "Ordabasi" (Qazaxıstan) cütünün qalibi
“Aris” (Yunanıstan) - AEL (Limasol, Kipr) cütünün qalibi
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Spartak” (Slovakiya) cütünün qalibi

3-cü qrup
Səpələnmişlər

“Vulverhempton” (İngiltərə) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi
“Legiya” (Polşa) - “Kuopio” (Finlandiya) cütünün qalibi
“Gent” (Belçika) - “Vitorul” (Rumıniya) cütünün qalibi
“Midtyulland” (Danimarka)
“Alkmaar” (Hollandiya) – “Haken” (İsveç) cütünün qalibi
Səpələnməmişlər
AEK (Kipr) - "Levski" (Bolqarıstan) cütünün qalibi
“Pünik” (Ermənistan) - “Yabloneç” (Çexiya) cütünün qalibi
“Dunayska Ştreda” (Slovakiya) - “Atromitos” (Yunanıstan) cütünün qalibi
“Reyncers” (Şotlandiya) - “Progres” (Lüksemburq) cütünün qalibi
“Mariupol” (Ukrayna)

4-cü qrup
Səpələnmişlər

PSV (Holldnaiya) – “Bazel” (İsveçrə) cütünün məğlubu
“Konnak” (Uels) - “Partizan” (Serbiya) cütünün qalibi
“Ayntraxt” (Almaniya) - “Flora” (Estoniya) cütünün qalibi
“Riyeka” (Xorvatiya)
"Jeness" (Lüksemburq) - “Vitoriya” (Portuqaliya) cütünün qalibi
Səpələnməmişlər
“Vidi” (Macarıstan) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Hoqesun” (Norveç) - “Ştrum” (Qraz, Avstriya) cütünün qalibi
“Malatyaspor” (Türkiyə) - "Olimpiya" (Sloveniya) cütünün qalibi
"Aberdin" (Şotlandiya) - “Çixura” (Gürcüstan) cütünün qalibi
“Qzira” (Malta) - “Ventspils” (Latviya) cütünün qalibi

5-ci qrup
Səpələnmişlər

“Sparta” (Çexiya)
“Espanyol” (İspaniya) - “Styarnan” (İslandiya) cütünün qalibi
"Domjale" (Sloveniya) - “Malmö” (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
“Zarya” (Ukrayna) - "Buduçnost" (Monteneqro) cütünün qalibi
“Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan) cütünün qalibi
Səpələnməmişlər
“Trabzonspor” (Türkiyə)
“Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
MOİK (Bolqarıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Lütsern” (İsveçrə) - “Klaksvik” (Farer adaları) cütünün qalibi
“Bney Yehuda” (İsrail)
"Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya) cütünün qalibi