Komanda Dublinə 25 oyunçu ilə gedib Komanda Dublinə 25 oyunçu ilə gedib
  • Fanat
  • 22 İyul 2019 16:09
  •  2 273

“Qarabağ” İrlandiyaya yollandı

Komanda Dublinə 25 oyunçu ilə gedib

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk”la ilk oyun üçün İrlandiyaya yola düşüb.

Ağdam təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportundan 16:00-da çarter reysi ilə səfərə çıxıb. Komanda Dublinə 25 oyunçu ilə gedib.

Qeyd edək ki, “Dandolk”la ilk oyun iyulun 24-də “Oriel Park” stadionunda, cavab matçı isə ayın 31-i “Dalğa Arena”da olacaq. İlk görüş Bakı vaxtı ilə 22:45-də, cavab qarşılaşması isə 21:00-da başlayacaq.(report.az)

AzNews.az