"Səbail" yeni mövsümə qələbə ilə başlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib

Həftənin üçüncü matçında "Səbail" "Zirə"ni qəbul edib. Bayıldakı "ASCO" arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.

Qeyd edək ki, açılış turunun ilk oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ" "Keşlə"ni 1, "Sumqayıt" isə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edib. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.