Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir
  • Fanat
  • 21 Avqust 2019 11:25
  •  1 947

Alimlər Messinin, yoxsa Ronaldonun güclü olduğunu müəyyənləşdirdilər

Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir

Belçikanın Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.

“Mirror” xəbər verir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.

Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub: “Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır”.

Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.

Qeyd edək ki, Messi karyerası ərzində yalnız yetirməsi olduğu İspaniyanın “Barselona” komandasının formasını geyinməkdədir. Hazırda İtaliya “Yuventus”unda çıxış edən Ronaldo isə daha öncə vətənində “Sportinq”, İngiltərədə “Mançester Yunayted”, İspaniyada isə “Real Madrid”in uğurları üçün çalışıb.(report.az)

AzNews.az