Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir
  • Fanat
  • 23 Avqust 2019 22:58
  •  2 498

Bakıda ilk dəfə 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir

Aznews.az-ın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadən verdiyi məlumata görə, akrobatik gimnastika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

Bildirilir ki, gimnastika üzrə təqvimə gəldikdə, Azərbaycan seçim yeri olaraq qalır:

"2019-ci il bədii gimnastika üzrə dünya çempionatından, 2020-ci il aerobika gimnastikası üzrə dünya çempionatından və 2021-ci il tamblinq üzrə dünya çempionatından sonra Bakıda ilk dəfə Milli Gimnastika Arenasında 2021-ci ildə akrobatik gimnastika üzrə dünya çempionatı keçiriləcək".

Qeyd edilir ki, 2-7 mart tarixlərində şəhərdə çempionatdan əvvəl yaş qrupları arasında dünya yarışları keçiriləcəkdir.