• Fanat
  • 17 Sentyabr 19:00

Tanınmış güləşçi 4-cü dəfə dünya çempionu oldu

O, finalda Kuba təmsilçisi Oskar Pinonu 3:1 hesabı ilə məğlub edib

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rza Kayaalp Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

130 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Kuba təmsilçisi Oskar Pinonu 3:1 hesabı ilə məğlub edib. 30 yaşlı təcrübəli güləşçi 4-cü dəfə dünya çempionu olub.

Qeyd edək ki, bu, Türkiyə güləşçilərinin Qazaxıstandakı mundialda ilk qızıl medalıdır. Buna qədər 97 kq-da yarışan digər yunan-Roma güləşçisi Cenk İldem bürünc medala sahib olub.(report.az)

AzNews.az