Kataloniyalılar ev matçının dekabrın 18-də baş tutmasına razıdırlar Kataloniyalılar ev matçının dekabrın 18-də baş tutmasına razıdırlar
  • Fanat
  • 17 Oktyabr 2019 15:46
  •  2 158

“Barselona” “El-Klasiko”nun yerinin dəyişdirilməsinə qarşı çıxdı

Kataloniyalılar ev matçının dekabrın 18-də baş tutmasına razıdırlar

İspaniyanın “Barselona” klubu La Liqa çərçivəsində “Real”a qarşı keçiriləcək oyunların yerinin dəyişdirilməsinə qarşı çıxıb.

Kataloniya klubu X turun görüşünün Madriddə keçirilməsi təklifi ilə razılaşmayıb.

Klub rəhbərliyi məsələ ilə bağlı mövqeyini İspaniya Futbol Federasiyasına da bildirib. “Barselona” görüşün tarixinin dəyişdirilməsinin əleyhinə deyil. Kataloniyalılar ev matçının dekabrın 18-də baş tutmasına razıdırlar.

Qeyd edək ki, La Liqa rəhbərliyi I və II dövrədəki oyunların yerinin dəyişdirilməsini təklifini irəli sürüb.

Qurum oktyabrın 26-dakı görüşün Barselonada deyil, Madriddə, II dövrə matçının Kataloniya paytaxtında baş tutmasını təklif edib. Buna Barselonadakı iğtişaşlar səbəb olub. (APA)

AzNews.az