- Hadisə
- 11:44
- 1 458
"Medi Hall"da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı
Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Aznews.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Aznews.az