Komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək Komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək
  • Fanat
  • 21 Oktyabr 2019 23:29
  •  2 858

UEFA Serbiya millisini cəzalandırdı, səbəbi...

Komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

Buna yerli azarkeşlərin Portuqaliya ilə oyunda irqçi şüarlar səsləndirməsi səbəb olub.

Serbiyaya verilən iki oyunluq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. Beləliklə, komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək. Bundan başqa, ölkə futbol federasiyası 33 min avro cərimələnib.

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə Serbiya millisi rəqibinə 2:4 hesabıyla uduzub.(qafqazinfo.az)

AzNews.az