Müalicə olunması üçün türkiyəli çalışdırıcı İstanbulda saxlanılıb Müalicə olunması üçün türkiyəli çalışdırıcı İstanbulda saxlanılıb
  • Fanat
  • 6 Noyabr 2019 21:38
  •  2 582

“Beşiktaş” Portuqaliyaya baş məşqçisiz gedib

Müalicə olunması üçün türkiyəli çalışdırıcı İstanbulda saxlanılıb

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Braqa"nın qonağı olacaq "Beşiktaş" Portuqaliyaya baş məşqçisi Abdullah Avcını aparmayıb.

Buna səbəb 56 yaşlı mütəxəssisin ağır qripə yoluxması olub. Müalicə olunması üçün türkiyəli çalışdırıcı İstanbulda saxlanılıb. Səhhətində müsbət irəliləyiş olsa, o, sabah Portuqaliyaya yollanacaq.

Qeyd edək ki, "Braqa" - "Beşiktaş" matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.(qafqazinfo.az)

AzNews.az