• Fanat
  • 7 Dekabr 2019 16:27

Mik Şumaxer: “Atam tarixin ən yaxşı pilotudur”

"Yüksək zirvələri məhz atam fəth edib"

Formula 2 yarışlarının yürüşçüsü və Formula 1-in yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer hesab edir ki, məhz onun atası əvvəllər olduğu kimi avtomobil idmanı tarixində ən yaxşı pilotdur.

“Marca” portalına istinadla xəbər verir ki, Mik deyib: “O, yürüş tarixində əy yaxşı pilotdur. O, həmişə ən yaxşı olaraq qalacaq, çünki yüksək zirvələri məhz atam fəth edib. Mixael Şumaxer təkcə mənim atam olduğuna görə yox, həm də bizim idmanın əfsanəsinə çevirdiyi üçün həmişə mənim qəhrəmanım olacaq. Dünyaya göz açdığım vaxtdan atamı həmişə bolidin sükanı arxasında görmüşəm. Ona görə də başqa karyera haqqında düşünmədim. Mən yürüşü, bu idmanı və qələbə qazanmağı sevirəm”.

Mik Şumaxer növbəti mövsümü yenə də Formula 2-də keçirəcək. Onun komanda yoldaşı isə Robert Şvartsman olacaq.(AZƏRTAC)

AzNews.az