• Fanat
  • 20 İyun 2020 22:45
  •  1 526

"Bavariya" "Frayburq"a qalib gəlib

Hesabı 15-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Yozua Kimmix açıb

Almaniya Bundesliqasının 33-cü turunun matçında Münhen "Bavariya"sı "Frayburq"u qəbul edib.

AzNews.az xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans-Arena" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 15-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Yozua Kimmix açıb. Birinci hissənin ortalarında meydan sahiblərinin hücumçusu Robert Levandovski hesabdakı üstünlüyü artırıb. Bundan yeddi dəqiqə sonra "Frayburq"un hücumçusu Lukas Xyoler hesab arasındakı fərqi azaldıb. Lakin birinci hissənin sonunda Levandovski dubl edib.