- Fanat
- 21 Avqust 2020 09:15
- 5 067
Messi "Barselona"dan ayrıla bilər

Messi düşünür
İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Lionel Messi baş məşqçi Ronald Kuman ilə söhbətində komandadan ayrılmağı düşündüyünü bildirib.
Məlumata görə, bu barədə İspaniyanın "Rac1" radiostansiyası xəbər verib.
Məlumata əsasən, Görüş futbolçunun evində baş tutub. Görüş zamanı hücumçu növbəti mövsüm üçün planlarını bölüşdü. Argentinalı oyunçu etiraf edib ki, Çempionlar Liqasının dörddəbir finalında Almaniyanın "Bavariya" sına məğlub olduqdan (2:8) sonra "Barselona" üçün aydın bir gələcək görmədiyi vəziyyətdən narahat və narazıdır.
Klub rəhbərliyi görüşlə bağlı heç bir açıqlama verməyib.
AzNews.az