Oyunun 68-сi dəqiqəsində Namiq Ələsgərov "Neftçi"yə qələbə qazandıran qolu vurub Oyunun 68-сi dəqiqəsində Namiq Ələsgərov "Neftçi"yə qələbə qazandıran qolu vurub
  • Fanat
  • 20 Sentyabr 2020 22:46
  •  6 001

"Qarabağ" "Neftçi"yə məğlub oldu

Oyunun 68-сi dəqiqəsində Namiq Ələsgərov "Neftçi"yə qələbə qazandıran qolu vurub

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

AzNews.az xəbər verir ki, bu dəfə “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.

Oyunun 10-cu dəqiqəsində Kvabena Ovusu ("Qarabağ") fərqlənməyi bacarıb. Cəmi 2 dəqiqə sonra "Neftçi"nin heyətində Voyislav Stankoviç hesabı bərabərləşdirib - 1:1.

Oyunun 68-сi dəqiqəsində Namiq Ələsgərov "Neftçi"yə qələbə qazandıran qolu vurub: 1:2.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.