• Fanat
  • 23 Noyabr 2020 22:10
  •  378

“Sabah” “Səbail”ə qalib gəldi

Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb -2:1

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

AzNews.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sabah”la “Səbail” üz-üzə gəlib. Noyabrın 21-də baş tutmalı olan görüş futbolçuların yenidən koronavirus testindən keçməsi səbəbindən bu günə təxirə salınmışdı.

Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb -2:1.

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Zirə” “Keşlə”ni (3:1), “Neftçi” isə “Qəbələ”ni (4:1) məğlub edib.

Azərbaycan Premyer Liqası
10-cu tur
23 noyabr

“Sabah” – “Səbail” 2:1
Qol: A.Diallo, 11. A.Seydiyev, 33.
Baş hakim: Rəşad Əhmədov.
Masazır. “Bank Respublika Arena”.