33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib
  • Fanat
  • 27 Noyabr 2020 09:32
  •  4 249

Teymur Rəcəbov mübarizəni dayandırdı

33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.

AzNews.az xəbər verir ki, 1/4 finalın ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb.