• Fanat
  • 1 Dekabr 2020 22:39
  •  286

Messi yenə ÇL matçını buraxacaq

Kuman Messiyə Kiyev “Dinamo”su ilə 4-cü tur matçında da istirahət vermişdi

“Barselona” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə qarşılaşacağı Macarıstanın “Ferentsvaroş” klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.

AzNews.az xəbər verir ki, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmamağa qərar verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kuman bu oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb. Onların adı Budapeştə aparılacaq futbolçuların siyahısına daxil edilməyib.

Xatırladaq ki, Kuman Messiyə Kiyev “Dinamo”su ilə 4-cü tur matçında da istirahət vermişdi.