- Fanat
- 9 Dekabr 2020 19:43
- 4 406
AFFA-da Premyer Liqa ilə bağlı növbəti iclas keçirildi
Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq
Bu gün AFFA-nın təşəbbüsü ilə AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.
AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və AFFA-nın digər rəsmiləri iştirak ediblər.
İclasda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq.