AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb
  • Fanat
  • 31 Mart 2021 17:45
  •  9 270

AFFA "Qarabağ"ın şikayətini təmin etdi

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb

Ağdam təmsilçisinin şikayəti tam, paytaxt klubunun şikayəti isə qismət təmin edilib.

"Qarabağ"

1. “Qarabağ” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.
2. “Qarabağ” Futbol Klubu AFFA İntizam Komitəsinin 23.02.2021-ci il tarixində qəbul etdiyi qərarla 19.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda 8 nömrəli futbolçusu Uroş Matiç-in futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 (üç min) manat cərimə cəzasından azad edilsin.

3. “Qarabağ” Futbol Klubuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilsin.

"Neftçi"

1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 04.03.2021-ci ildə qəbul etdiyi qərarla 03.2021-ci ildə Premyer Liqanın XVIII turunun “Neftçi” – “Sabah” oyununda stadionda işıqlandırma səbəbindən fasilələr olduğuna görə meydan sahibi kluba tətbiq olunan cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 (dörd min) manatdan 1000 (min) manata endirilsin.