- Fanat
- 20 İyun 2021 09:54
- 6 678
İspaniya Polşa ilə bərabərə qaldı
İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb
Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.
AzNews.az xəbər verir ki, ikinci turun son matçı İspaniya və Polşa yığmaları arasında baş tutub. Bu görüş heç-heçə yekunlaşıb - 1:1.
Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.
Avropa çempionatı
19 iyun
E qrupu
İspaniya – Polşa 1:1
Qol: A.Morata, 26 – R.Levandovski, 54.
Matçın 58-ci dəqiqəsində J.Moreno penaltidən yararlana bilməyib (dirək).
Baş hakim: Daniele Orsato (İtaliya).
Sevilya. Olimpiya stadionu.