Bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb Bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb
  • Fanat
  • 1 İyul 2021 15:14
  •  9 969

“Mançester Yunayted” 85 milyona futbolçu aldı

Bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb

Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço karyerasını “Mançester Yunayted”də davam etdirəcək.

AzNews.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb.

Müqaviləyə əsasən, “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçi üçün 85 milyon avro təzminat ödəyəcək. Beləliklə, o, Pol Poqba (105 milyon avro) və Harri Maquayrdan (87 milyon avro) sonra klub tarixinin ən bahalı 3-cü futbolçusu olacaq.

Sanço tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atacaq.

Britaniya mətbuatı onun Mançester təmsilçisində həftəsinə 250 min funt sterlinq qazanacağını yazıb.