Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib
  • Fanat
  • 13 Sentyabr 2021 23:59
  •  11 482

Londonda "Xarı bülbül" kikboksinq turniri keçirilib

Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib

İngiltərənin paytaxtı Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib.

Aznews.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Veteran idmançının sözlərinə görə, pandemiya səbəbindən yarışda Azərbaycan təmsilçiləri iştirak edə bilməyib.

İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və başqa ölkələrin təmsil olunduğu turnirdə 28 idmançı qüvvəsini sınayıb. Son iki görüşdə Britaniya Çempionu titulu uğrunda döyüşlər olub.

Turnir zamanı zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarı bülbül sərgilənib.