Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
  • Fanat
  • 23 Oktyabr 2021 19:17
  •  9 300

Azərbaycan millisi İtaliyaya 0:9 hesabı ilə uduzub

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Aznews.az xəbər verir ki, yığmamız qrupdakı ikinci oyununda İtaliya ilə qarşılaşıb.

İlk görüşündə Norveçə 0:7 hesabı ilə uduzan Vüqar Əsgərlinin yetirmələri yenə darmadağına məruz qalıb. Kaldyerodakı qarşılaşmada ev sahibləri millimizin qapısından 9 cavabsız top keçirib – 9:0.

Yığmamız yer aldığı 7-ci qrupda son oyununu oktyabrın 26-da Polşaya qarşı keçirəcək.

1

İtaliya

2

2

0

0

13-0

6

2

Norveç

1

1

0

0

7-0

3

3

Polşa

1

0

0

1

0-4

0

4

Azərbaycan

2

0

0

2

0-16

0