Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb
  • Fanat
  • 4 Noyabr 2021 23:59
  •  15 491

Azərbaycan millisi dünya çempionatlarında 20-ci medalını qazanıb

Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb

Aznews.az məlumat verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.

+92 kq çəkidə mübarizə aparan “Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.

Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur. Sabah millimizin üzvü Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. Bu gün axşam saatlarında isə Sərxan Əliyev (71 kq) yarımfinal döyüşünü keçirəcək.