Vüsal Nəsirlidən yeni təyinat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.

Qeyd edək ki, Vüsal Nəsirli təxminən 2 ay əvvəl - 6 fevral 2026-cı ildə AAYDA-nın rəhbəri təyin olunub.

AzNews.az