- Fanat
- 1 İyul 2022 23:59
- 7 314
Teymur Rəcəbov çinli şahmatçını məğlub edib

35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Aznews.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.
26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.
Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.