- Fanat
- 19 Fevral 21:46
- 8 611
Avropa çempionatında 7 medal qazanan sərbəst güləşçilərimiz Vətənə qayıdıblar
![](https://www.aznews.az/storage/2024/02/19/8bfdea02-5056-3aa9-9927-22b3e5d454e8_850.jpg)
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.
"Aznews.az" xəbər verir ki, 122 xalla komanda hesabında 3-cü yeri tutan sərbəst güləş üzrə millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.