• Fanat
  • 17 Aprel 23:59
  •  5 644

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

"Azərreyl” həlledici raunda vəsiqə qazanıb.

Komanda yarımfinalın ikinci oyununda "Gəncə"yə uduzub - 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15)

"Azərreyl" ilk matçda 3:0 hesablı qələbəyə sevindiyi üçün finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinə aprelin 18-də yekun vurulacaq. “Abşeron” və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüşdə “Abşeron” qalib gəlib - 3:1.