• Fanat
  • 10 İyul 11:28
  •  8 497

Azərbaycan millisinin Fransada İspaniya ilə matça çıxmamasının səbəbi bəlli olub

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində İspaniya yığması ilə matça çıxmamasının səbəbi bəlli olub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov açıqlama verib.

ABF rəsmisi Dina Ulyanova və Aleksandra Mallenhauerin zədədən əziyyət çəkdiyini söyləyib:

"Komanda bu səbəbdən görüşdə iştirak etmədi. Zədələri çox ciddi deyil. Olimpiadaya qədər sıraya dönəcəklər. Sadəcə, həkimlər risk etməməyi məsləhət gördülər".

Ötən gün "Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv D qrupunda sonuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.