"Messinin rekordlarına baxmıram" - Mbappe

Fransa millisinin hücumçusu Kylian Mbappé bildirib ki, o, argentinalı ulduz Lionel Messinin rekordlarını izləməməyə çalışır.

AzNews.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu L'Equipe nəşrinə açıqlamasında danışıb.

"Leo həmişə qol vurub, indi də vurur və gələcəkdə də vuracaq. Onun nə etdiyinə baxmıram. Əks halda mən də daha çox iş görməli olardım. Mən yalnız komandamın oyununa diqqət yetirirəm. Qol vurduqca həmin səviyyəyə yaxınlaşırsan, amma mənim üçün əsas məsələ Fransa millisinin inkişafıdır", - deyə Mbappe bildirib.

27 yaşlı futbolçu dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq millisi ilə oyunda dubl edərək mundialların final mərhələlərində vurduğu qolların sayını 15-ə çatdırıb. Bununla da o, bu göstəricidə Miroslav Klose ilə bərabərləşib.

Messi isə Avstriya ilə qarşılaşmada əvvəlcə penaltidən yararlana bilməsə də, sonradan iki qol vuraraq dünya çempionatlarındakı qollarının sayını 18-ə yüksəldib. Bununla da argentinalı futbolçu Kloseni geridə qoyaraq mundial tarixinin ən məhsuldar bombardiri olub.

Siyahıda üçüncü yerdə 15 qolla Cristiano Ronaldo qərarlaşıb.