Prezidentin cəbhə bölgəsindən - Fotoları

Bu gün prezident İlham Əliyev Qarabağda cəbhə bölgəsində yerləşən Cocuq Mərcanlı kəndində bir sıra açılışlarda iştirak edib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Məsciddə yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.

Sonra Prezident İlham Əliyev kəndin ərazisini gəzib.