Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan leysan həyatı iflic edib. Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan leysan həyatı iflic edib.

Ankarada leysan həyatı iflic etdi - Fotolar

Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan leysan həyatı iflic edib.

AzNews.az xəbər verir ki, təxminən 1 saatdan artıq davam edən leysan Mamak qəsəbəsini sular altında qoyub. Sel suları çoxlu sayda iş yerinə və maşınlara ziyan verib.

Ankara Böyükşəhər Bələdiyyə Başçısı Tuna "Bu günə qədər belə bir fəlakət olmamışdı" deyib.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və xilasedicilər cəlb olunub. İnsan itkisi yoxdur.

NTV Meteorologiya redaktoru Dilek Çalışqan leysan yağışların Ankarada 3 gün davam edəcəyini söyləyib.