- Köhnə - Günün fotosu
- 22 İyul 2017 17:20
- 10 338
Qəbul imtahanından sonra yol tanınmaz hala düşdü - Fotolar
Bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
AzNews.az xəbər verir ki, Bakı Dövlət Universitetində keçirilən qəbul imtahanı başa çatdıqdan sonra universitetin qarşısı, insanların keçdiyi yol zibilliklərlə dolub. Bu isə həmin küçədən istifadə edən sakinlərin narazılığına səbəb olub. Onlar bu vəziyyətin yaranmasında abituriyent və onların yaxınlarını qınayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az