Hülya Avşarın sabiq həyat yoldaşı Qaya Çilingiroğlu Hülya Avşarı evlilikdən əvvəl bəyənmədiyini deyib. Hülya Avşarın sabiq həyat yoldaşı Qaya Çilingiroğlu Hülya Avşarı evlilikdən əvvəl bəyənmədiyini deyib.

“Hülya Avşar bəyəndiyim qadın deyildi” – Aktrisanın sabiq həyat yoldaşı etiraf etdi

Hülya Avşarın sabiq həyat yoldaşı Qaya Çilingiroğlu Hülya Avşarı evlilikdən əvvəl bəyənmədiyini deyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çilingiroğlu daha gənc ikən əsmər qadınları daha çox bəyəndiyini bildirib.

“Həmin dövrdə Türkiyədə hər kəs Hülya Avşardan danışırdı. Əslində bəyəndiyim qadın deyildi. O vaxtlar əsmər qadınları xoşlayırdım. Bir gün Hülya Avşarı dinlədim. Səhnənin kənarında oturdum. Avşarı görəndə onun bir ikona olduğunu dedim. Həmin dövrə qədər bunun fərqinə varmamışdım. Birinci dəfə telefonla danışdığımız zaman məni restorana çay içməyə dəvət etmişdi. Ancaq getmədim. Bu nə deyir deyərək təəccüblənmişdim. Daha sonra tanış olduq və evləndik. Qızımız Zəhra dünyaya gəldi. İstiyirəm ki, o, xoşbəxt olsun” – deyə Çilingiroğlu qeyd edib.

Avşar Çilingəroğlu ilə 1997-2005-ci illərdə evli olub.

Bəxtiyar Abbasov

AzNews.az