- Köhnə - Günün fotosu
- 28 Sentyabr 2017 12:03
- 11 679
“Playboy”un təsisçisi dünyasını dəyişdi
“Playboy” pornoqrafiya jurnalının yaradıcısı Hyu Hefner 91 yaşında vəfat edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Hefner ilk dəfə “Playboy” jurnalını öz mətbəxində hazırlayıb. Jurnal 1953-cü ildən etibarən nəşr olunmağa başlayıb və dünyanın ən çox satılan kişi jurnalına çevrilib. Statistikaya görə, jurnalın ay ərzində 7 milyon nüsxəsi satılır. Jurnalın ilk nüsxəsində aktrisa Merilin Monronun fotosu jurnalın üz qabağında yer alıb.
Hyu Hefner Çikaqo şəhərində anadan olub. Hərbi xidmətdən sonra o, İllinois Universitetinin psixologiya fakültəsinə daxil olub. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz tələbə illərində yaranıb.
Bəxtiyar Abbasov
AzNews.az