Kişilərdə daha çox rast gəlinən və əlamətləri isə gözardına vurulan xərçəng xəstəliyi daha sonra müalicəyə tabe olmur. Kişilərdə daha çox rast gəlinən və əlamətləri isə gözardına vurulan xərçəng xəstəliyi daha sonra müalicəyə tabe olmur.

Kişilərdə xərçəngin əlaməti!

Kişilərdə daha çox rast gəlinən və əlamətləri isə gözardına vurulan xərçəng xəstəliyi daha sonra müalicəyə tabe olmur.

Kişilərdə daha çox xərçəng xəstəliyi hansı orqanlarda yaranır və əlamətləri hansılardır?

Tez-tez sidiyə getmə

50 yaşından yuxarı kişilərin əksəriyyətində rast gəlinən bu problem xroniki halda müşayiət edildikdə artıq prostat vəzidə müəyyən prosesin getdiyindən şübhə yaratmağa əsas verir.

50 yaşından sonra heç bir probleminiz olmasa da prostat vəzinin müayinəsi mütləqdir. İlkin mərhələdə aşkar olunan prostat xərçəngindən müalicə ilə qurtulmaq mümkündür.

Səbəbi bilinməyən ağrı və yorğunluq

Bəzi xərçəng növlərinin əlamətlərindən biri də nə qədər istirahət etsəniz də keçməyən yorğunluq və ağrıdır.

Limfa düyünlərində şiş

Əgər tənəffüs yolu infeksiyalarına yoluxmamısınızsa boyun, qoltuqaltı və digər bədən nahiyələrində şişkinlik müşahidə edirsinizsə həkimə müraciət edin.

Udma çətinliyi

Bəzi insanlar hər hansı səbəb olmasa da müəyyən müddət udqunmada çətinlik çəkirlər. Ancaq bu problem çəki itirmək və qusma ilə müşayiət olunursa həkimə müraciət edin. Bu əlamətlər boğaz və mədə xərçəngindən xəbər verə bilər.

Mədədə yanğı hissi

Yeməyinizdə və içdiyinizdə dəyişiklik etməmisinizsə, streslə üzləşməmisinizsə, o halda madə yanması xərçəng xəstəliyinin əlaməti ola bilər.

Ağızda müşahidə olunan dəyişikliklər

Əgər siqaret çəkirsinizsə ağız xərçəngi riski yüksəkdir. Ağızın içində və ya dodaqlarınızda ağ, yaxud qırmızı ləkələr əmələ gəlmişdirsə bu zaman həkimə müraciət edin.

Səbəbsiz çəki itkisi

Pəhriz və məşq vərdişləriniz dəyişmədiyi halda idarə edə bilmədiyiniz çəki itkisi ilə qarşılaşsanız bu, pankreas, mədə və ya ağciyər xərçəngindən xəbər verir. Belə halda, həkimə müraciət edin

Hərarət

Orqanizmin infeksiya ilə mübarizə meyarı olan temperatur

3 gündən artıq davam edən və səbəbi bilinməyən hərarətiniz varsa mütləq həkimə müraciət edin.

Dəridə müşahidə olunan dəyişikliklər

Dərinizin ölçü, forma ya da rəngində dəyişiklik hiss edən zaman ən qısa müddətdə həkimə müraciət edin. Dəyişikliklərlə müşayiət olunan ləkələr isə xərçəng xəstəliyinin əlaməti ola bilər.

AzNews.az