Mağazada peçenyenin istifadə müddəti 81 il göstərildi - FOTOFAKT

Mağazalarda istifadə müddəti 81 il göstərilən şirniyyat məhsulları peyda olub.

AzNews.az Deita.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində yerləşən mağazalarda kruassan peçenyelərinin istifadə müddəti 31 dekabr 2099-cu ilə qədər göstərilib.

Bu etiketlərin səhv yazıldığına baxmayaraq, internet istifadəçiləri bunu ciddi qəbul ediblər. Bəziləri yeni texnologiyadan məmnun qaldıqlarını gizlətməyiblər.

Maraqlısı isə budur ki, iki gün keçməsinə baxmayaraq, məhsullar üzərində olan etiketlər götürülməyib.

image description image description